“Qərb dünyası Ukrayna siyasətini istədikləri kimi idarə edəcəklər. İstərdim ilk öncə Zbiqnev Bjezinskinin timsalında ABŞ-ın Rusiya, eləcə də Ukraynadakı maraqlarına nəzər salaq”.
Bunu Moderator.az-a eksklüziv açıqlamasında Gürcüstanın “İverili” Qloballaşma Əleyhinə Mərkəzin rəhbəri, politoloq Zviad İremadze Amerikanın keçmiş milli təhlükəsizlik katibi Zbiqnev Bjezinskinin “Ukraynada müxalif qüvvələrlə hakimiyyət arasında danışıqların alınmaması, nəinki, Avropa İttifaqını, eyni zamanda Rusiyanı da bürüyəcək” kimi fikirlərinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Zbiqnev Bjezinski bütün ömrü boyu SSR-ini dağıtmaq və 15 postsovet dövlətlərini parçalamaq üçün işləyib: “Onlar üçün nə Ukraynada, nə Rusiyada, nə də başqa bir postsovet məkanında hansısa ciddi problemin olacağı maraqlı deyil. Zbiqnev Bjezinskinin təmsil etdiyi başlıca marağı həmin dövlətlərdə stabillik və daxili sabitliyin olmamasıdır.Onların demək olar hər bir postsovet dövlətlərinin tərkibində “müxalif qüvvələr” adı altında beşinci kollonası var. Ukraynada razılıq heç vaxt əldə olunmayacaq. Çünki satqın ekstremistlər özlərini müxalif qüvvələr adlandıraraq öz maraqları çərçivəsində sözün əsl mənasında dinc əhalidən istifadə edir. Onlar direktiv və maliyyəni Qərbdən alırlar. Əfsuslar olsun ki, Viktor Yanukoviç də bu böyük səhnəcikdə prezident rolunda yer alıb. Lakin o məsuliyyətsiz və satqın siyasətçi kimi Ukraynaya bunları vəd edir: Ukrayna iqtisadiyyatı Qərb banklarında boğaza qədər borc içində batacaq, Qərb siyasətçiləri Ukrayna siyasətini istədikləri kimi idarə edəcəklər və Ukrayna bir dövlət kimi dağılacaq. Beləliklə, Ukrayna hakimiyyətində Qərbin marianetkaları olmaq şərti ilə sadə bir kimi fəaliyyət göstərəcək. Rusiya üçün isə bundan daha pis olacaq. Çünki, onun da növbəsi gələcək. Rusiyada da analoji proseslər başlaya bilər”.


































































































