Paşinyanın oğlu Yerevana qaçdı

Paşinyanın oğlu Yerevana qaçdı

Hazırda oxunan: Paşinyanın oğlu Yerevana qaçdı

272139
Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Yerevandan yeddi kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.xa0

Bununla bağlı erməni KİV məlumat yayıb.xa0

Paşinyan özü dəfələrlə bəyan edib ki, onun oğlu Dağlıq Qarabağda (Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında - red.) xidmət edir. Ancaq erməni cəmiyyətində A.Paşinyanın daha rahat mühitdə Şirak vilayətində xidmət etməsi ilə bağlı fikirlər səslənirdi.

Ermənistandakı sosial şəbəkə istifadəçiləri hesab edir ki, Yerevana yaxın hərbi hissəyə köçürməklə Paşinyan oğlu üçün daha rahat şərait qurmaq qərarına gəlib.xa0

Öz növbəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məsələni “Facebook” hesabında şərh edərkən bildirib ki, Ermənistan SQ istənilən hərbi qulluqçu müxtəlif vaxtlarda və müxtəlif yerlərdə müxtəlif münaqişələrdə və hərbi təlimlərdə iştirak edə bilər. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO