Qəzada ölən azərbaycanlının cəsədi bu gecə Bakıya gətiriləcək

Qəzada ölən azərbaycanlının cəsədi bu gecə Bakıya gətiriləcək

Hazırda oxunan: Qəzada ölən azərbaycanlının cəsədi bu gecə Bakıya gətiriləcək

254336
Qara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı - gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi bu gecə “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək.xa0

Bu barədə “AzərTac”a Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev bildirib.

Səfirin sözlərinə görə, cənazənin göndərilməsi “Volqabalt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir: “Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Azərbaycan vətəndaşı- gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir”.
xa0
Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volqabalt 214” gəmisinin qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.(Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO