“Suriyadakı bütün qüvvələr itkilərin qaçılmazlığı reallığı ilə barışmalıdır”

“Suriyadakı bütün qüvvələr itkilərin qaçılmazlığı reallığı ilə barışmalıdır”

Hazırda oxunan: “Suriyadakı bütün qüvvələr itkilərin qaçılmazlığı reallığı ilə barışmalıdır”
240677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriyada rus hərbi təyyarəsinin vurulmasından sonra Rusiyada İsrailə qarşı tənqidi bəyanatların sayı artmaqdadır. Bu gün Rusiya Dövlət Dumasının təmsilçilərindən biri Kremli İsrailə “S-400” və “İsgəndər” raketləri ilə zərbə endirməyi təklif edib ki, bu da iki dövlət arasıdna hərbi qarşıdurma ehtimalını yenidən gündəmə gətirib.

Rusiyanın hərbi konteksdə İsrailəq arşı hansısa addımlar atması mümkündürmü? Kreml İsrailə eyni şəkildə göz dağı verməklə onu cəzalandıra bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bu ehtimalı yüksək hesab etmədiyini qeyd etdi:

“Hesab edirəm ki, bütün bu suallara Rusiya Federasiyasının prezidenti Putin öz çıxışı ilə aydınlıq gətirdi. O, öz çıxışında qeyd etdi ki, bu hadisəni Türkiyə tərəfindən rus təyyarəsinin vurulması ilə müqayisə etmək olmaz. Türkiyə ilə bağlı olayda rus təyyarəsinə məqsədli şəkildə atəş açılmışdı. Burada isə İsrail tərəfi Rusiya təyyarəsini hədəf seçməmişdi. Onların məqsədi tamamilə başqa idi. Onların hədəfi müəyyən obyektlər olub. Bu qarışıqlıq zamanı səmada Rusiya təyyarəsi görünüb və Suriya qoşunları bunu təsadüfən vurub. Putin bunu böyük bir faciə adlandırdı. Lakin bu o demək deyil ki, biz də İsrailə qarşı buna oxşar hansısa addım atmalıyıq. Putin qeyd etdi ki, əsas məqsədimiz bu məsələni araşdırmaq və gələcəkdə belə halların baş verməsinin qarşısını almaqdır.

Suriyada müharibə gedir. Suriya od içindədir. Burada müxtəlif qüvvələr var. Müharibə başa çatmayıb. Təbii ki, belə olan halda insanlar da həlak olacaq, təyyarələr də vurulacaq vəxa0 s. Yəni itkilər qaçılmaz olacaq. Bu reallıqla hər bir kəs barışmalıdır”.

xa0

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO