ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.xa0
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.xa0
Onun sözlərinə görə, münaqişənin həllinin uzanması Minsk qrupunun passivliyinin göstəricisidir.xa0
Ərdoğan bildirib ki, həmsədrlər münaqişənin həlli üçün məhsuldar addımlar atacaq.
“Minsk qrupunun əsas vəzifəsi Dağlıq Qarabağdakı işğal altındakı torpaqların bir an öncə əsl sahiblərinə qaytarılmasını təmin etməkdir. Ümid edirik ki, onlar bunun öhdəsindən gələcəklər”, - Ərdoğan əlavə edib. (oxu.az)



































































































