Rusiyanın “Komsomolskaya Pravda” nəşri üçxa0qızı tərəfindən öldürülən atanın qətlinin araşdırılması məsələsinə azərbaycanlı ekstrasensxa0Zirəddin Rzayevixa0cəlb edib.xa0
Xatırladaq ki, iyunun 27-də Moskvadaxa0Mariya, Angelinaxa0vəxa0Krestina Xaçaturyanbacıları doğma atalarıxa0Mixail Xaçaturyanıxa0qətlə yetirib.xa0

Bacılar deyib ki, ataları zalım və tiran olub. Evdəkiləri döyüb, silahla təhdid edib, bayıra çıxmasına və hətta telefonla danışmasına icazə verməyib. Qızlarına xadimə kimi baxıb. Ən dəhşətlisi isə,xa0qızlar deyib ki, ataları onlara təcavüz edib.
Bununla yanaşı, Xaçaturyanın qohumları bildirirlər ki, bacılar yalan danışırlar. Həqiqətləri öyrənmək üçün “KP” 2008-ci ildə “Ekstrasenslərin mübarizəsi” telelayihəsinin 6-cı mövsümünün qalibi azərbaycanlı ekstrasensxa0Zirəddin Rzayevin köməyindən istifadə etmək qərarına gəlib.xa0
Qəzet yazır ki, lazımixa0mərtəbəyə qalxan Zirəddin qapıya toxunub, bir müddət sakit qaldıqdan sonra deyib:xa0xa0
“Bura çox pis mənzildir, burada şər yaşayır. Hələ də oradan soyuq gəlir. Burada xoşbəxtlik yoxdur və insanlar arasında harmoniya olmayıb. Bu mənzil deyil, həbsxanadır...”

Ekstrasens deyib ki, yerin enerjisini hiss edir:
“Hiss edirəm ki, kimsə qəzəbə, nifrətə görə bu mənzili yandırmaq istəyib. Qızlardan hansısa... Ancaq nəsə onu dayandırıb”.xa0
Cinayət günü ilə bağlı ekstrasens az danışıb.
“Görürəm ki, bu, planlaşdırılmış hadisə deyil. Qəfil baş verib. Əvvəlcə qızlardan biri bıçağı götürüb. Digərləri onu dəstəkləyib... Hiss edirəm: yaralanmış Xaçaturyan otağından çıxıb, ancaq qan axa-axa burada yıxılıb. Ancaq o, qorxu hiss etməyib. Son ana qədər fikirləşibxa0ki, yaşayacaq. Əgər o, sağ qalsaydı, qızlarını öldürəcəkdi”.xa0

Mixail və qızlarının fotosuna baxan zaman ekstrasens deyib ki, kişi vəhşi heyvan kimi olub:
“Başa düşürsünüz, o, bütün dünyanın onun ətrafında fırlanmasına öyrəşmişdi. Başqalarının fikri onu maraqlandırmırdı. O, belə yaşayırdı”.xa0
Ekstrasensin sözlərinə görə, Xaçaturyan zalım olub və qızları da yalan danışmır:xa0
“Qızlar doğru danışır ki, o zalım və ağır xasiyyətli olub, - Rzayev deyib. – Təcavüz və seksual zorakılıqla bağlı isə yalan danışırlar. Belə bir hadisə olmayıb. Onlar belə bir şeyi fikirləşiblər ki, ətrafdakılar onların hərəkətinə haqq qazandırsın.
Sizə necə başa salım... Mixail Xaçaturyan qızlarını şəxsi mülki hesab edirdi. Ailə başçısı qızlarının onun adına ləkə gətirməsindən qorxurdu”.(Oxu.Az)



































































































