Polşada polisin narkotik dəstəsinə qarşı keçirdiyi əməliyyatda pəncərədən qaçmaq istəyən şübhəli tarazlığını itirərək çılpaq halda polislərin arasına yıxılıb.
xa0
Moderator.az xəbər verir ki, Polşanın Volomin şəhərində polis heroin, kokain və amfetamin kimi müxtəlif narkotik maddələrin istehsalı ilə məşğul olaraq satışa çıxaran dəstəni yaxalamaq üçünxa0 əməliyyat keçirib.
Şübhəlilərdən biri polis binaya girməyə çalışdığı anda əynini geyinmədən qaçmağa cəhd edib. Bütün istiqamətləri nəzarətdə saxlayan polislərədən qaçmağa çalışan şübhəli pəncərədən qaçmaq istəyib, ancaq tarazlığını itirərək çılpaq vəziyyətdə polislərin arasına düşüb.
O anları isə binadakı təhlükəsizlik kameraları qeyd edib. Polisin ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan şübhəlinin əl və ayaqlarında sınıqlar olduğu müəyyən edilib.xa0
Kamran









































































































