Medvedev: “Bu artıq III Dünya Müharibəsidir”

Medvedev: “Bu artıq III Dünya Müharibəsidir”

Hazırda oxunan: Medvedev: “Bu artıq III Dünya Müharibəsidir”
221424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"NATO ölkələrinin uzaqmənzilli taktiki ballistik və qanadlı raketlərindən Rusiya ərazisinin dərinliklərinə kimin və nə vaxt istifadə etmək qərarının verildiyi o qədər də vacib deyil. Üstəlik, ölkəmizdə onlardan istifadə cəhdləri olub".

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

Sabiq prezidentin sözlərinə görə, bu raketlərin sayı o qədər də önəmli deyil:

"Onsuz da bu raketlərin istifadəsi düşmənə ciddi töhfə verməyəcək".

O, qeyd edib ki, ABŞ-ın hazırkı administrasiyası bu cür qərarlarla məqsədli şəkildə münaqişədə yeni eskalasiya yaradır:

"Yəqin hakimiyyətə gələn Tramp komandası bununla məşğul olacaq".

Medvedevin fikrincə, raketlərin bu şəkildə istifadəsi NATO-ya üzv ölkələrin Rusiyaya hücumu kimi qiymətləndiriləcək:

"Bu halda Kiyevə və NATO-nun əsas obyeklərinə (harada olurlarsa olsunlar) kütləvi qırğın silahları ilə cavab veriləcək. Bu isə artıq III Dünya Müharibəsidir. Bəlkə də qoca Bayden bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq, həqiqətən qəşəng ölməyə qərar verib".
 

Qeyd edək ki, Medvedevin paylaşımından az sonra Ukrayna ilk dəfə Rusiyanın Bryansk vilayətinin Karaçev şəhərindəki obyektə ATACMS raketi ilə hücum edib.

Rəsmi Kiyevin açıqlamasına görə, əməliyyat uğurla həyata keçirilib. Ancaq hələlik Moskva bu informasiyaya şərh verməyib.

Görünən isə budur ki, Medvedevin dediyi kimi III Dünya Müharibəsi artıq başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO