İsrail İrana zərbələri bu ərazidən endirib

İsrail İrana zərbələri bu ərazidən endirib

Hazırda oxunan: İsrail İrana zərbələri bu ərazidən endirib
217973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail İrana zərbələr endirmək üçün ABŞ ordusunun nəzarəti altında olan İraq ərazisindən istifadə edib.

Bizim.Media xəbər verir ki, bu iddia ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti çıxış edib.

Məlumatda qeyd olunub ki, İsrail “hava-yer” raketlərindən istifadə edərək İlam, Xuzistan və Tehran ostanlarında İranın stasionar radiolokasiya stansiyalarını vurmağa cəhd edib.

Qeyd edək ki, İraqda 2,5 minə yaxın Amerika əsgəri var. ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ildə ilk növbədə İŞİD terrorçularına qarşı mübarizə məqsədilə yaradılıb. Eyni zamanda Vaşinqton 900-ə yaxın amerikalı hərbçinin olduğu Suriyadakı hərbi kontingenti dəstəkləmək üçün İraqda mövcudluğunu saxlamağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO