ABŞ-da sursat zavodunda partlayış: Xəsarət alanlar var

ABŞ-da sursat zavodunda partlayış: Xəsarət alanlar var

Hazırda oxunan: ABŞ-da sursat zavodunda partlayış: Xəsarət alanlar var

200358

ABŞ-ın Arkanzas ştatının Kamden şəhərində “General Dynamics Ordnance and Tactical Systems” müdafiə zavodunda partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində azı iki nəfər yaralanıb, bir nəfər itkin düşüb.

Zavodda 155 mm və 105 mm çaplı artilleriya mərmilərinin istehsal edildiyi bildirilir.

“Biz hazırda fövqəladə hallar xidmətləri ilə işləyirik və insident nəticəsində ən azı iki nəfərin yaralandığını və bir nəfərin itkin düşdüyünü təsdiqləyə bilərik”, – deyə zavodun nümayəndəsi qeyd edib.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO