İstanbulda torpaq sürüşməsi olub, 70 nəfər təxliyə edilib

Hazırda oxunan: İstanbulda torpaq sürüşməsi olub, 70 nəfər təxliyə edilib

188014

İstanbulda torpaq sürüşməsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 19.30 radələrində Qaziosmanpaşa rayonunun Yıldıztabya məhəlləsində Bahadır küçəsində yerləşən ərazidə torpaq sürüşməsi baş verib.

Hadisədən ümumilikdə 14 fərdi ev zərər çəkib və onlardan 3-ü tamamilə yararsız hala düşüb.
Ehtiyat tədbiri olaraq ərazidə yaşayan 70 nəfər təxliyə edilib, hadisə yerinə çoxlu AFAD qrupu sövq edilib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO