Zaxarova: "Aİ və ABŞ əvvəl-axır İrəvanı tək qoyacaq" - VİDEO

Hazırda oxunan: Zaxarova: "Aİ və ABŞ əvvəl-axır İrəvanı tək qoyacaq" - VİDEO

187774

“Qərb ölkələri Ermənistanı regionda yeni münaqişələri qızışdırmaq üçün yeni alətə çevirəcək”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Aydındır ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin KTMT və AİB mexanizmlərini sarsıtmağı qarşılarına məqsəd qoyublar. Qərb ölkələri Cənubi Qafqazda ən yaxın qonşuları arasında çəkişmə yaratmağa çalışır, Ermənistana isə ABŞ və Aİ-nin yeni münaqişə ocağını alovlandırmaq üçün alət rolu verilir. Qərblilər "işlərini" gördükdən sonra Ermənistanı tək qoyacaqlar”, - Zaxarova bildirib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO