Moskvanın məşhur \

Moskvanın məşhur \"Mərkəzi Uşaq Mağazası\" azərbaycanlı iş adamına satılıb

Hazırda oxunan: Moskvanın məşhur \"Mərkəzi Uşaq Mağazası\" azərbaycanlı iş adamına satılıb

186906

Moskvanın mərkəzində, Lubyankada yeləşən məşhur "Mərkəzi Uşaq Mağazası" yəhudi əsilli azərbaycanlı iş adamlarına satılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, "Mərkəzi Uşaq Mağazası"nı Qod Nisanov və Zarax İliyevin sahibi olduqları "Kiyevskaya ploşad" şirkəti alıb.

1957-ci ildən fəaliyyət göstərən Lubyankadakı Mərkəzi Uşaq Mağazasını hansı məbləğə satıldığı açıqlanmayıb.

Qeyd edək ki, "Kiyevsakay Ploşad" Rusiyada kommersiya daşınmaz əmlakının nəhənglərindən hesab olunur. Şirkət "Forbes"ə görə ölkənin icarəçilər reytinqində birinci yerdədir. Nəşrin hesablamalarına görə, onun 2023-cü il üçün icarə gəliri 1,76 milyard dollar təşkil edib.
Şirkətə Moskvada yerləşən “Yevropeyski” və “Food City” ticarət mərkəzləri, “Depo” qida mərkəzi, “Olimpiyskiy” idman kompleksi və “Şolkovski” ticarət mərkəzləri daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO