Prezident Rəcəb Tayyib Ərdoğanı sosial media üzərindən təhqir etdiyi səbəbiylə mühakimə olunan keçmiş futbolçu və millət vəkili Hakan Şükür haqqında həbs qərarı çıxarılıb.
Musavat.com Türkiyə medisına istinadən xəbər verir ki, Hakan Şükür Bakırköy məhkəməsində qiyabi olaraq mühakimə olunub. Rəcəb Tayyib Ərdoğanı isə məhkəməyə vəkili Ferah Yıldız təmsil edib.
Məhkəmədə şahid olaraq dinlənilən Bəkir Savran Hakan Şükürün Twitter hesabı üzərindən ona prezident Ərdoğan və oğlu Bilal Ərdoğanla bağlı təhqir ehtiva edən videolar göndərdiyini, şəxsinə istiqamətli təhqir və böhtan məzmunlu mesajlar yolladığını ifadə edərək deyib: "Mən də bu xüsusu lazımlı yerlərə xəbər verdim. Prezidentimizi dövlətin nümayəndəsi olaraq gördüyüm üçün bu durumu xəbər vermək zərurəti his etdim".
Prezident Ərdoğanın vəkili Ferah Yıldız da şikayətçi olduqlarını ifadə edərək, iddiaya qoşulma tələb edib.
Hakan Şükürün isə dəvətnamə göndərilməsinə baxmayaraq dinləmələrdə qatılmadığını, Amerikada yaşadığı bildirildiyinə görə hakim Şükür haqqında həbs qərarı çıxarılmasına qərar verib.
İddianamədə şübhəli Hakan Şükürün "Prezidentə təhqir" təqsirindən 1 ildən 4 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilir.


































































































