Kabildə polis idarəsində partlayış baş verdi

Kabildə polis idarəsində partlayış baş verdi

Hazırda oxunan: Kabildə polis idarəsində partlayış baş verdi

183667

Əfqanıstanın paytaxtında polis məntəqələrindən birində partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 19:00 radələrində Kabilin mərkəzi rayonlarından birində baş verib. Hadisə nəticəsində itki olub-olmaması barədə məlumat yoxdur.

Bu, Əfqanıstanda 24 saat ərzində ikinci partlayışdır. Bundan əvvəl İranın Tasnim agentliyi ölkənin cənubundakı Qəndəhar şəhərində “New Kabul Bank”ın filialında baş vermiş partlayış nəticəsində azı 19 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığını bildirmişdi. “Tolo News” telekanalının Qəndəhar təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, bank filialına hücumu kamikadze törədib. Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb, daha 12 nəfər yaralanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO