Ukrayna ordusu Moskvaya doğru 4 PUA göndərdi

Ukrayna ordusu Moskvaya doğru 4 PUA göndərdi

Hazırda oxunan: Ukrayna ordusu Moskvaya doğru 4 PUA göndərdi

182967

Rusiyanın hava hücumundan müdafiə sistemləri paytaxt Moskva şəhəri istiqamətində uçan 4 pilotsuz uçuş aparatını (PUA – Qeyd) məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Serqey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, iki PUA Moskva vilayətinin Domodedovo şəhər rayonunda, biri Ramenski şəhər rayonunda, digəri isə Stupinskidə vurulub.

“İlkin məlumatlara görə, dağıntıların düşdüyü yerdə tələfat yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir”.

Rusiya bölgələri son günlər pilotsuz uçuş aparatı və raketlərdən istifadə etməklə kütləvi hücumlara məruz qalıb. Sonuncu dəfə martın 12-də Moskva vilayəti üzərində PUA vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO