Son vaxtlar Ukrayna ordusunun separatçılarla təmas xəttində müəyyən aktivlik göstərdiyi, bəzi yaşayış məntəqələrini işğaldan azad etməsi ilə bağlı xəbərlərə rast gəlinməkdədir.
Maraqlıdır, Ukrayna ordusunun Rusiyanın dəstək verdiyi separatçıların müqavimətini qıraraq ölkələrinin ərazi bütövlüyünü təmin edəcək potensialı varmı?
Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Ukrayna ordusunun əvvəlki dönəmlərə nisbətən əhəmiyyətli dərəcədə toparlandığına diqqət çəkdi:
“Şəxsi düşüncəmə görə, Ukrayna Silahlı Qüvvələri tez bir zamanda Rusiyanın separatçılara verdiyi dəstək nəticəsində bir müddət əvvəl Donbas və Luqans istiqamətində itirilmiş ərazilərin xeyli hissəsini geri alacaqdır. Artıq əvvəlki kimi Ukrayna ordusunun parəkəndəliyi və bir qədər vahid komandanlıq çərçivəsində hərəkət edə bilməməsi halları aradan qaldırılıb. Bundan sonra da Ukrayna xüsusi xidmət orqanlarının separatçıların ən qatı rəhbərlərindən olan bir neçə yaramazı - Motorolla, Qivi, Saşok və digər hoqqabazları böyük ustalıqla fiziki məhv etməsi, həm qarşı tərəfdə böyük qorxu və panika yaradıb, həm də, Rusiya tərəfi də yavaş-yavaş əvvəlki nüfuzunu itirməkdədir. Ukrayna necə olmasa da böyük dövlətdir və onların maddi və mənəvi potensialı bir para separatçı yaramazlardan və onların ətrafına yığılmış iddialı qruplardan çox güclüdür. Və tez bir zamanda Rusiya separatçılara nə qədər dəstək olur-olsun, bu sona yetəcəkdir. Rusiya elə bir bataqlığa girib ki, az qala hər gün istər Donbas və ətrafda, Suriyada və digər "qaynar nöqtələrdə" biz rus əsgər və zabitlərinin, generallarının həyatlarını itirməsi faktları ilə rastlaşırıq. Bu, bir vaxtlar SSRİ-nin eyforiyaya qapılıb Əfqanıstana soxulmasına və ilk vaxtlar bir balaca müvəffəqiyyətə nail olmasına daha çox bənzəyir. Sonda isə SSRİ kimi nəhəng bir dövlətin hərbi-siyasi rəhbərliyinin böyük itkilərin qarşısını almaq üçün məcburiyyət qarşısında qalıb qoşunlarını Əfqanıstandan çıxartması hamımızın yaxşı yadındadır. İndi də, eyni səhvlər və eyni mənzərə. Separatçılar get-gedə zəifləyəcəklər. Və axırda nə olur-olsun Ukrayna öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək. Mən Krımla bağlı tezliklə nəyinsə olacağını hələ ki, düşünməsəm də, amma Donbas və Luqansk ilə bağlı yaxın dönəmdə çox böyük irəliləyişin olacağını hiss edirəm”x9d.
Seymur Əliyev

































































































