Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

Hazırda oxunan: Həbib Argentina yığmasını tənqid etdi: “Eyni futbol, eyni oyunçular...”

625552

UFC-nin keçmiş çempionu Xəbib Nurmaqomedov bəyan edib ki, dünya çempionatının yarımfinal matçında Argentinaya qarşı oyunda İngiltərə millisinə azarkeşlik edir.

Bizim.Media xəbər verir ki, bu barədə o özünün "Telegram" kanalında paylaşım edib.
 

"Onların irəli getməsini necə də çox istəyirəm. Argentinada məni təəccübləndirən bir şey var: onların heyəti eynilə 2022-ci ildəki kimidir, demək olar ki, eyni futbol və eyni oyunçulardır. Bu gün İngiltərəyə əvvəllər heç vaxt olmadığı qədər azarkeşlik edirəm", - deyə Nurməhəmmədov yazıb.


Argentina — İngiltərə yarımfinalı iyulun 15-də baş tutacaq. Komandalar Bakı vaxtı ilə saat 23:00-da meydana çıxacaqlar.

Dünya çempionatının finalı isə bazar günü, iyulun 19-da keçiriləcək.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada start götürüb və iyulun 19-na qədər davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO