DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO

Hazırda oxunan: DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək FİNALA ÇIXDI - VİDEO
625556
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.

Bizim.Media xəbər verir ki, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar.

85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.

Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.

*** 01:05

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyunu başlayıb.

Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO