Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib

Hazırda oxunan: Türkiyənin tanınmış aktyoru vəfat edib

165940
Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib.

Sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.

A.Atilla “Səksənlər”x9d, “Leyli və Məcnun”x9d, “Hürrəm Sultan”x9d kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”x9d, “Orqanize işlər”x9d, “Yuxu kimi”x9d filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, “Kiralık aşk”x9d teleserialında rol alıb.(APA)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO