Lavrov təəccübləndi:  -Biz dostuq, nə müharibə?

Lavrov təəccübləndi: -Biz dostuq, nə müharibə?

Hazırda oxunan: Lavrov təəccübləndi: -Biz dostuq, nə müharibə?

161792
Xorvatiya hökumətindən Rusiya təhdidi haqqında bəyanatlar eşitmək çox təəccüblüdür.

Bunu “Sputnik”x9d agentliyinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Xorvatiya prezidenti ilə şəxsən tanış olduğunu deyən Lavrov Moskvanın Zaqreblə dost olmaq istədiyini bildirib.

O, Rusiyanın Balkanlarda heç bir konflikt planlaşdırmadığını söyləyib.

Qeyd edək ki, bundan öncə Xorvatiya Prezidenti Kolinda Qrabar Kitaroviç Moskvanın Balkanlara böyük təsirinin olduğunu bildirib. O, Rusiyanın bəzən bölgə ölkələrinin daxili işlərinə qarışdığını da söyləyib. Rusiya təhdidinin Balkanlarda artdığını söyləyən xanım prezident hətta bölgədə yeni hərbi konflikt təhdidinin yarandığını bildirib.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO