Qızlar yataqxanasında TÜKÜRPƏDİCİ OLAY -Müdir qızları otağına salıb...

Qızlar yataqxanasında TÜKÜRPƏDİCİ OLAY -Müdir qızları otağına salıb...

Hazırda oxunan: Qızlar yataqxanasında TÜKÜRPƏDİCİ OLAY -Müdir qızları otağına salıb...
149999
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
İstanbul Kocamustafapaşadakı qızlar yataqxanasında tükürpədən hadisə qeydə alınıb.

Qızlar yataqxanasının müdiri ilə üç işçisinin oğurluqda günahlandırdıqları Sevil Ç.-nin qolunda siqaret söndürüb, başını qapının arasında qoyaraq əzdikləri iddia edilir.

Yataqxanada müdiriyyət otağındakı qızıl, pul, kompüter və LCD TV-nin oğurlanmasında ondan şübhələndiklərini iddia edən 24 yaşlı universitet tələbəsi Sevil Ç. ağır işgəncələrə məruz qaldığını söyləyərək polisə şikayət edib.

Yataqxananın müdiri və əməkdaşları tərəfindən otağa salındıqdan sonra qollarında siqaret söndürüb, başını qapının arasına qoyub əzildiyini iddia edən gənc qız atasının çağırıldığını, hətta onun yanında da təzyiqlə üzləşdiyini, telefonundan götürülən 30-40 fotoyla onu şantaj etmək istədiklərini bildirib. Məlumata görə, ata A.Ç. ifadəsində 100 min lirəlik sənəd imzalamaq qarşılığında sərbəst buraxıldıqlarını deyib.

Yataqxana müdiri isə ifadəsində iddiaları qəbul etməyərək, oğurluq hadisəsinə görə Sevil Ç.-dən şübhələndiklərini qeyd edib.

Yataqxana rəhbərləri Eda V., Nedim B. və digər iki sələhiyyətli "azadlıqdan məhrum etmə" və "qəsdən yaralama" cinayəti ilə 17 il həbs oluna bilərlər./milli.az/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO