Çanaqqalada baş verən meşə yanğını 8 kəndə zərər vurub - FOTO

Çanaqqalada baş verən meşə yanğını 8 kəndə zərər vurub - FOTO

Hazırda oxunan: Çanaqqalada baş verən meşə yanğını 8 kəndə zərər vurub - FOTO
146723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Çanaqqala bölgəsində dünən axşam saatlarından başlayan meşə yanğını davam edir.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı hadisə yerinə gedib.

İbrahim Yumaklı bildirib ki, Çanaqqalada külək səbəbindən yanğın böyüyüb və 8 kənd zərər çəkib. O, Çan-Çanaqqala yolunun nəqliyyatın hərəkəti üçün bağlandığını bildirib.

Məlumata əsasən yanğına qarşı yerdən və havadan müdaxilələr aparılır. Yanğının söndürülməsinə çoxlu sayda texnika və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, Türkiyənin bir neçə bölgəsində meşəlik ərazilərdə yanğın baş verib. Mersin və Boludakı yanğınlar nəzarət altına alınıb, Çanakkaledəki yanğının söndürülməsi isə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO