Moskva şəhər məhkəməsi story-media.ru portalını 15 gün müddətinə blok edib.
Bu qərara səbəb “Gazeta.ru”x9d internet-nəşrin öz müəllifini bu saytda məqaləsini aşkar etməsi olub.xa0
Oxu.Az “Vedomosti”x9dyə istinadən xəbər verir ki, qərarda bunun “ədəbi əsərə intellektual hüquqların”x9d müdafiəsi üçün edildiyi bildirilib.xa0
Məlumata görə, iddia üçün predmet story-media.ru saytında dərc edilən “Bakı Xəzərin mirvarisidir”x9d məqaləsi olub. Məhkəmə məqalənin “Gazeta.Ru”x9dda 2016-cı ilin mart ayında dərc edilən Yelizaveta Mayetnanın “Tsigel-tsigel-ay-lyu-lyu: Bakıda nə ilə məşğul olmaq olar”x9d məqaləsinin surəti olduğunu qərara alıb.xa0
“Gazeta.ru”x9dnun daxil olduğu “Rambler & Co”x9d holdinqində “mütəmadi olaraq kontentin qanunsuz dərc edilməsi ilə mübarizə apardıqlarını”x9d bildiriblər.xa0
Blok edilmiş sayt iyulun 20-də açılmayıb, müdriyyət ilə əlaqə qurmaq mümkün olmayıb. Sayt məlumatları gizli saxlanan hüquqi şəxsin adına qeydiyyatdan keçirildiyi bildirilib.xa0



































































































