Qarabağ məsələsi Putin-Kerri danışıqlarının gündəliyindən çıxarıldı

Qarabağ məsələsi Putin-Kerri danışıqlarının gündəliyindən çıxarıldı

Hazırda oxunan: Qarabağ məsələsi Putin-Kerri danışıqlarının gündəliyindən çıxarıldı

144261
Rusiya prezidenti Vladimir Putin iyulun 14-də ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla işçi görüş keçirəcək.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Artıq indi deyə bilərəm ki, iyulun 14-ü, günün ikinci yarısında prezident Putin dövlət katibi Kerrini və xarici işlər naziri Lavrovu qəbul edəcək. Müzakirə olunacaq mövzular kifayət qədər proqnozlaşdırılandır: bu həm Suriya, həm Ukrayna, həm də ikitərəfli münasibətlərlə bağlı məsələlərdir”x9d, - deyə Kremlin rəsmi sözçüsü vurğulayıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bir müddət əvvəl bildirmişdi ki, Putinlə Kerri arasındakı Moskva danışıqlarının əsas mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. 

Amma yuxarıdakı açıqlamadan da göründüyü kimi, Kremldə görüşdə Dağlıq Qarabağ üzrə müzakirə aparılacağını təsdiq etməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO