Böyük Britaniya gələn ilin yazına qədər 4 min ukraynalı hərbçini hazırlayacaq.xa0
xa0
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniya Xarici İşlər naziri Filip Hammond söyləyib. Onun sözlərinə görə, London bu proqramı Ukrayna ordusunun NATO standartlarına daha çox cavab verməsi üçün maliyyələşdirir.xa0
xa0
Qeyd edək ki, bu ilin martında Ukrayna və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlıqla bağlı razılaşma imzalayıb. Razılaşmanın müddəti 15 ildir.xa0




































































































