Rusiya kriminal aləminin slavyan qruplaşmasından azərbaycanlı “qanuni oğru”x9d Rövşən Lənkəranskiyə ciddi zərbə dəyib.
Sankt-Peterburq qruplaşması 38 yaşlı “qanuni oğru”x9d Serqo Çoçxalaşvilinin səlahiyyətlərini əlindən alıb. Kriminal aləmdə böyük nüfuzu olan 38 yaşlı “oğru”x9dnun “tac”x9dının alınması barədə qərarı Sankt-Peterburqdan olan kriminal “generallar”x9d verib. Onlardan heç biri Serqonu “qanuni oğru”x9d kimi tanımadığını bəyan edib və beləliklə də titul ləğv olunub.
Bu isə təkcə onun özünə yox, həm də “qanuni oğru”x9d Rövşən Lənkəranskiyə ağır zərbədir. Serqonun “taclandırlmasına”x9d ilk yaşıl işığı Rövşən Lənkəranski yandırıb. Çuradze ilə bərabər
Türkiyədə Serqonun “taclandırıldığı”x9d toplantının təşəbbüskarı olan Rövşən Lənkəranski də beləliklə növbəti dəfə təzyiqə məruz qalıb.
Rusiya və Türkiyə arasında gərginlikdən sonra bu ölkədə yaşayan bütün “qanuni oğru”x9dların Ərdoğanın adamları hesab edilərək qeyri-rəsmi qaydada “Rusiyanın düşməni”x9d elan olunub.(cebhe.info)
































































































