Britaniyanın xarici işlər naziri Filip Hammond Rusiyanın Suriyada İŞİD-i deyil müxalifləri vurduğunu bildirib.
Nazir Rusiya prezidentinin Bəşər Əsədlə bağlı isə bölgədə kiçik bir ələvi dövləti qurmaq planının ola biləcəyini istisna etməyib.xa0
Hammond verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin Suriyada İŞİD əvəzinə müxalifləri vurduğunu və bununla da bölgədə davam edən vətəndaş müharibəsini daha pis hala sürüklədiyini söyləyib.xa0
O həmçinin Putinin müxalif qrupları bombardman edərək bölgədə arzu edilən sülhün təmin edilməsini getdikcə çətinləşdirdiyini vurğulayıb.
"Rusiya həqiqətən sülh prosesinə bağlıdırmı? Yoxsa, bu sülh prosesini, Suriyanın şimal-qərbində kiçik bir ələvi dövləti qurulmaq məqsədilə, Əsədə bir növ hərbi zəfər qazandırmağa çalışmaq üçün bir örtük olaraq mı istifadə edir?"
Hammondun açıqlamalarına Rusiyanın Təhlükəsizlik Şurasının baş katibinin müavini Yevgeni Lukyanov belə cavab verib6xa0
"Bu axmaqlıqdır. Suriyanın bölünməsi ssenarisini nümayiş etdirənlər digər bəzi ölkələrin nümayəndələridir. Biz Suriyanın birliyinin, bütövlüyünün, sülhünün qorunmasının tərəfdarıyıq, dünyəvi və inkişaf etmiş bir Suriya istəyirik".(Avropa.info)
































































































