Krım partizanları Rusiya bazasının yandırılmasını öz üzərinə götürdülər - VİDEO

Krım partizanları Rusiya bazasının yandırılmasını öz üzərinə götürdülər - VİDEO

Hazırda oxunan: Krım partizanları Rusiya bazasının yandırılmasını öz üzərinə götürdülər - VİDEO
109020
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Krımda Yalta yaxınlığında səfərbərliyə çağırılanların hərbi hissəsində yanğın baş verib. Həmin vaxt kazarmada 200 nəfər olub. Onlardan ikisi ölüb. İlkin səbəb kimi yanğınla ehtiyatsız davranmaq göstərilib.

Bizim.Media Telegram kanallarına istinadən xəbər verir ki,  Krımın  “Atəş” partizan hərəkatı Rusiya bazasının yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb.

"Rusiya Federasiyasının Sovetski qəsəbəsindəki bazası yanır. Agentlərimiz saat mexanizmi kimi işləyiblər. Biz bu "layihə" üzərində uzun müddət işlədik və təbii ki, buna nail olduq. Rusiya ordusunu daxildən məhv etməyə davam edəcəyik”, - deyə mesajda bildirilir.
Partizanlar yanğın nəticəsində ölənlərin olduğunu, siyahını dərc edəcəklərini qeyd ediblər.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO