“Cəsus” Lənkəranda da “yaxalandı” – Tamaşadan sonra QALMAQAL 

Hazırda oxunan: “Cəsus” Lənkəranda da “yaxalandı” – Tamaşadan sonra QALMAQAL 

99333

Oktyabrın 10-da Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında  Kamal Abdullanın “Cəsus” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib

Məlumatlı mənbənin Bizim,Media-ya verdiyi məlumata görə, tamaşadan sonra peşimançılıq yaşanıb və əsərin taleyi naməlum qalıb.

Komediya janrında hazırlanan “Cəsus” tamaşası Oğuz bəyləri arasında baş verən ədavətdən bəhs edir. Dəqəd Qorqud Aruz və Qazan xan arasında olan ədavətin qarşısını almaq üçün plan cızır. O, Oğuz elində qırxoynaşlı Fatma qarının oğlunun cəsus olduğunu bildirir. Sonra Fatmanı yanına çağıraraq oğlunun edamdan qutarmağın yolunu başa salır.

Dədə qorqudun tövsüyəsi ilə Fatma bir-bir Oğuz bəylərinin qapısına gedərək hər birinə cəsus adlandırılan oğlunun məhz onun beindən gəldiyini deyir.

Və beləcə Dədə Qorqud cəsus adlandırılan qırxoynaşlı Fatmanın oğlunu, əslində bu qadından olan öz oğlunu ölümdən, Oğuz obalarını isə parçalanmaqdan xilas edir. Tamaşanın fianlında Fatma ilə kef sürən Oğuz bəyləri cəsusu edam etməkdən vaz keçirlər və gedirlər yeni cəsus axtarışına.

Xatırladaq ki, Kamal Abdullanın bu əsəri 2007-ci ildə Milli Akademik Dram Teatrında da qoyulmuşdu, amma tamaşanın nümayişi aradan qaldırılmışdı. Əsər sonra tamamilə teatrın repertuarından çıxarılmışdı, nümayişi qadağan edilmişdi.Bu dəfə də əsərin bəxti gətirməyib. Tamaşanın qurulşçu rejissoru, teatrın baş rejissoru Anar Babalı olsa da Bakıdan gələn nümayəndə heyət səhnə əsərini müzakirə etmədən teatr binasını tərk edib.

Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri Könül Cəfərova və əməkdaşı Günay Hümbətova əlavə söz deməyə ehtiyac görməyiblər. Tamaşada müəyyən qusurların olduğunu bildirən sektor müdiri vaxtlarının olmadığını, Bakıya tələsdiklərini səbəb gətirərək müzakirələrə qalmaqdan imtina ediblər.

Məsələnin araşdırmasın davam edəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO