100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Hazırda oxunan: 100 milyon təklif olundu, qəbul etmədi

641006

“Mançester Siti” “Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviçi transfer edə bilməyib.

Bizim.Media xəbər verir ki, “Bild”in məlumatına görə, İngiltərə klubu 22 yaşlı futbolçu üçün 100 milyon avroya qədər ödəməyə hazır olub.

“Mançester Siti” mart ayından etibarən Pavloviçin transferi üzərində çalışıb və onun nümayəndələri ilə danışıqlar aparıb.
 

“Bavariya” klubun futbolçunu böyük məbləğ qarşılığında transfer etmək niyyətindən xəbərdar olsa da, tərəflər arasında rəsmi danışıqlar başlamayıb. Pavloviç İngiltərəyə keçid variantını nəzərdən keçirsə də, sonda Münhendə qalmaq qərarına gəlib.


Qeyd edək ki, Pavloviç “Bavariya” akademiyasının yetirməsidir. O, klubun aşağı yaş qruplarından əsas komandaya qədər yüksəlib və Almaniya millisində də çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO