xa0xa0 Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat xa0Komitəsinin iclası keçirilib. APA-nın Moskva müxbirin verdiyi məlumata görə, iclasda Rusiya regionlarında fəaliyyət göstərən azərbaycanlıların federal milli-mədəni muxtariyyətlərinin rəhbərləri və Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri iştirak ediblər. “Azərros”x9d FMMM-in iclasda Kostroma, Nijni Novqorod və Moskva bölmələrindən başqa bütün regional rəhbərləri təmsil olunub. Təşkilatın adından “Azərros”x9dun xa0Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev çıxış edərək, “Azərros”x9dun tarixində yeni səhifənin açılışını təklif edib.xa0
xa0 xa0Rusiyanın regionlarında fəaliyyət xa0göstərən ÜAK və federal milli-mədəni muxtariyyətlərinin diaspor rəhbərləri xa0tərəfindən iclasın nəticəsi olaraq iki təşkilatın birləşməsi barədə deklarasiya qəbul olunub. xa0 Lakin ÜAK-ın adı və tarixi ümummilli lider Heydər Əliyev ilə bağlı olduğuna görə birləşmə prosesində ÜAK-a prioritet veriləcəyi bildirilib. Deklarasiyanın ikinci bəndinə əsasən təşkilatların aparatlarının qarşılıqlı inteqrasiyası üçün Foruma qədər hər iki təşkilatın bir binada ”“ Rusiya Azərbaycan İcması Evində yerləşməsi qərarı verilib. Həmçinin təşkilatların saytlarının birləşməsi də qərara alınıb. Birləşmə prosesi Foruma qədər iclasda seçilmiş 4 nəfərdən ibarət işçi qrup və səriştəli hüquqşünaslar tərəfindən hazırlanacaq. xa0Bu işin nəticələri isə Təşkilat Komitəsinin növbəti iclasında açıqlanacaq. xa0 xa0İclasda həmçinin “Azərros”x9dun Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev Azərbaycan regional diaspor rəhbərlərinin təklifi ilə ümumi Azərbaycan diasporu “Ağsaqqallar Şurasının”x9d sədri təyin olunub. xa0 Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bu addımın Azərbaycan diaspor tarixində xa0mühüm olduğunu vurğulayaraq Rusiya-Azərbaycan münasibətlərinin rifahına qulluq edəcəyini bildirib. xa0 Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev isə çıxışında bu addımın Azərbaycan diasporunda mövcud olan vəziyyət ilə əlaqədar olduğunu bildirərək bunun diasporun həyatında əhəmiyyətini xüsusi vurğulayıb. xa0 İclasda bütün diaspor rəhbərlərinə söz verilib. Onlar diasporda mövcud olan problemlər barədə öz iradlarını, təkliflərini və arzularını səsləndiriblər. xa0 Sonda Rusiya Azərbaycanlılarının I Forumunun Təşkilatı Komitəsinin növbəti iclasının bu ilin noyabr ayında keçiriləcəyi qeyd edilib. xa0


































































































