Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO

Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO

Hazırda oxunan: Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO
93537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevin yaxın qohumu - əmisi nəvəsi hərbçi Fərid Kamaləddin oğlu Möhbalı şəhid olub. 

Bizim.Media xəbər verir ki, bu barədə deputat Naqif Həmzəyev “Facebook” hesabında məlumat verib. 

“Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalının şəhid olması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevə dərin hüznlə başsağlığı verir, şəhidin ailəsinə və yaxınlarına səbr diləyirik. Vətən sağ olsun!” – deyə məlumatda qeyd edilib. 

Məlumat üçün bildirək ki, deputat Fazil Mustafanın sosial şəbəkə hesabında yazdığına görə, Səttar Möhbalıyevin qardaşı Əhməd Möhbalıyev də Qarabağ savaşında şəhid olub.

Bizim.Media-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Gəngərli rayonunun Qıvraq kəndindən olan F.Mehbalının DSX-nin hərbi hissələrindən birində taborun qərargah rəisi olduğu deyilir.

Onun bir qızı yadigar qaldı. Allah rəhmət etsin!

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Bizim.Media

Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO - foto 1
Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO