“Azərbaycan Dəmir Yolları”x9d məlumat yaydı.
İsveçrənin “Stadler Rail Group”x9d şirkətindən alınan 5 ikimərtəbəli qatardan 3-ü artıq Bakıdadır.
Bu barədə Moderator.az-a “Azərbaycan Dəmir Yolları”x9d QSC- nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
19.08.2015, 15:38
İsveçrənin “Stadler Rail Group”x9d şirkətindən alınan 5 ikimərtəbəli qatardan 3-sü bu gün Bakıya gələcək.
Moderator.az-a bu barədə “Azərbaycan Dəmir Yolları”x9d QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, qatar artıq sərhədi keçib, axşam saatlarında Bakıda olacaq.
N. Əzməmmədov bildirib ki, bu qatarlar sentyabrın 15-də istifadəyə verilməsi planlaşdırılan Bakı-Sumqayıt xətti üzrə xəttə buraxılacaq.
“Qalan iki ikimərtəbəli qatarlar isə ilin sonuna kimi Azərbaycana gətiriləcək”x9d - deyə, N. Əzməmmədov qeyd edib.
Bundan əlavə, qurumun mətbuat xidmətinin rəhbəri bildirib ki, Qazaxıstandan Azərbaycana yük qatarı üçün yeni teplovoz gətirilib:
“Qalan 9-u isə ilin sonuna kimi ölkəyə gətiriləcək”x9d.
Qeyd edək ki, bu teplovozlar Qazaxıstan-ABŞ birgə istehsalıdır. ABŞ-ın “General Motors”x9d (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb. Bir teplovozun gücü 3 min 500 at gücünə bərabərdir.



































































































