Azərbaycanlı gənc “BMW”x9d-ni söydü, “BMW”x9d ona bu cavabı verdi...  -Foto

Azərbaycanlı gənc “BMW”x9d-ni söydü, “BMW”x9d ona bu cavabı verdi... -Foto

Hazırda oxunan: Azərbaycanlı gənc “BMW”x9d-ni söydü, “BMW”x9d ona bu cavabı verdi... -Foto

90707
Moderator.az xəbər verir ki, Azərbaycanda internet istifadəçilərindən biri sosial şəbəkə vasitəsilə "BMW" şirkətinə təzadlı mesajlar yazaraq cavab alıb.

Nemət İbrahimov adlı "Facebook" istifadəçisi "BMW"nin rəsmi səhifəsinə "Salam BMW. Siz mənim sevimli avtomobilimsiniz" yazıb. Cavabsız qalan şəxs yenidən cəhd edərək, "F*ck BMW" yazıb. Yalnız bundan sonra şirkətin sosial media komandası İbrahimovun mesajlarını aşağıdakı şəkildə cavablandırıb.

"Əziz Nemət, biz sizin sevgidən nifrətə dəyişməyinizi eşitdiyimiz üçün təəssüf edirik. Bizi BMW-nizlə bağlı nəyin baş verdiyindən xəbərdar edə bilərsinizmi?

Hörmətlə

Sizin BMW sosial media komandası", - deyə cavabda bildirilib.

Bunu görən azərbaycanlı gənc yazışmanı "screen" edərək fəxarət hissi ilə profilində paylaşaraq yazıb:

"Bir dəfə bir dostum yazmışdı ki, BMW şirkətinə "salam" yazanda cavab yazırlar. Mən də yazmışdım, cavab yazmadılar. Mən də azərbaycançılığımı göstərdim".

Qeyd edək ki, BMW şirkəti dünyaca məşhur avtomobil və motosiklet istehsalçısıdır. Azərbaycanda isə BMW-nin rəsmi dileri "Improtex Motors" şirkətidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO