Avqustun 1-də Mahaçqala limanı yaxınlığında başlayan Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə “Xəzər Kuboku - 2015”x9d beynəlxalq müsabiqəsi davam edir.
Moderator.az-ın məlumatına görə, beynəlxalq müsabiqədə ölkəmizi Hərbi Dəniz Qüvvələrinin 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisi təmsil edir.
“Xəzər Kuboku - 2015”x9d yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə Azərbaycan xalqını, dövlətini, Silahlı Qüvvələrimizi yüksək səviyyədə təmsil etməklə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirirlər.
3 avqust 2015-ci ildə Kaspiysk şəhərində Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının komandanı admiral Viktor Çerkov tərəfindən “Beynəlxalq Xəzər Kuboku - 2015”x9d müsabiqəsinin açılış mərasimi keçirilib.
Yarışların birinci mərhələsində iştirakçı ölkələrin heyətlərinin artilleriya silahları ilə davranma və atış vərdişləri yoxlanılıb. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Qazaxıstan Hərbi Dəniz Qüvvələri və Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının heyətləri müxtəlif tapşırıqlar yerinə yetiriblər.
Hava hədəflərinə atəş zamanı hər üç ölkənin iştirakçı komandası yüksək peşəkarlıq nümayiş etdirərək bu mərhələdə hava hədəflərini məhv ediblər. Ağır hidrometereoloji şəraitdə, küləkli havada üzən mina və maneələrlə atış zamanı da dənizçilərimiz yüksək döyüş hazırlığı nümayiş etdiriblər.
Birinci mərhələnin yekunlarına görə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının kiçik raket gəmisi "Qrad Sviyajsk" birinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin raket-artilleriya gəmisi "Sarı Arka" ikinci, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi-patrul gəmisi "G-124" üçüncü yeri tutub.
İkinci mərhələdə heyətlərin dəniz vərdişləri yoxlanılıb.
Turnirin 2-ci mərhələsinin şərtlərinə görə “Beynəlxalq Siqnallar Toplusu”x9d üzrə verilən siqnalların qəbulu, açıqlanması, cavablarının hazırlanaraq digər gəmilərə ötürülməsi üzrə müsabiqədə Rusiya Federasiyasından və Qazaxıstandan olan həmkarlarını qabaqlayaraq 1-ci, gəminin serinq üsulu ilə təyin olunmuş nöqtəyə lövbərə qoyulması, təyin olunan kursun saxlanması müsabiqəsində isə ümumilikdə 29 bal toplayaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-124 gözətçi gəmisinin heyəti 2-ci yeri tutub.
Bu mərhələdə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının kiçik raket gəmisi “Qrad Sviyajsk”x9d birinci, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi-patrul gəmisi “G-124”x9d ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin raket-artilleriya gəmisi “Sarı Arka”x9d üçüncü yeri tutub.
Rusiya Federasiyası Hərbi Dəniz Donanması Döyüş Hazırlığı İdarəsinin rəisi, “Beynəlxalq Xəzər Kuboku - 2015”x9d müsabiqəsinin baş hakimi kontr-admiral Kaçemazov Viktor Nikolayeviç yarışların nəticələrindən danışarkən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin də iştirakını yüksək qiymətləndirib.
“Yarışın baş hakimi olaraq heyətlərin əzmkarlığı və peşəkarlığı mənə böyük zövq verdi. Hər bir komanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Bu yarışda Venesuella, Anqola, Çin və Hindistandan beynəlxalq müşahidəçilər də iştirak edirdilər.
İnanıram ki, növbəti illərdə “Xəzər kuboku”x9dnda iştirak etmək istəyən iştirakçıların sayı artacaqdır”x9d.
Yarışlar avqustun 15-də başa çatır.
































































































