Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının tərkibi təsdiqlənib

Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının tərkibi təsdiqlənib

Hazırda oxunan: Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının tərkibi təsdiqlənib
90045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Moderator.az-ın məlumatına görə, komissiyanın həmsədri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təyin edilib.

Komissiyanın üzvləri:
xa0
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
xa0
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
xa0
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
xa0
Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini
xa0
Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
xa0
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
xa0
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
xa0
Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
xa0
Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
xa0
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
xa0
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
xa0
Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini
xa0
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
xa0
Tahir Tağızadə - Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri
xa0
Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.
xa0
Azərbaycan Xarici İşlər Nazirliyinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO