“Prokurorluq ukraynalıların ən az inandığı instansiyadır.”x9d
Moderator.az xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili rayon prokurorlarının fəaliyyətinə həsr olunmuş konfransda çıxışı zamanı deyib:
“İnsanlar prokurorluğa qırmızı parçaya baxan öküz kimi yanaşırlar və onu yandırmağa çağırırlar. Görünür, rayon prokurorluğunun vətəndaşlara yanaşmasında problem var. Təəssüf ki, mən öz səlahiyyətlərinə düzgün yanaşa bilməyən bir neçə prokuror tanıyıram”x9d.
Saakaşvili həmçinin ictimai komissya yaradılaraq məmurlara nəzarət olunmasının vacibliyini də vurğulayıb.
Maraqlıdır, Azərbaycan prokurorluq orqanlarında vəziyyət necədir? Bizdə də ictimai komissiyaya, hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac varmı?
Moderator.az-a açıqlam verən keçmiş baş prokuror Əli Ömərov Saakaşvilinin bir sıra fikirləri ilə razı olduğunu ifadə edib:
“İstər prokurorluq orqanları olsun, istərsə də başqa sahələr, əgər hər hansısa dövlət məmuru öz işində qanunları pozursa o, vəzifəsindən kənarlaşdırılmalıdır. Prokuror çox məsuliyyətli peşədir, burda insan vicdanla xidmət etməlidir. Bir prokurur ki, haqqı - ədaləti təmin edə bilmirsə tutuğu vəzifədən kənarlaşdırılmalıdır. Biz mətbuatda hansı şikayət və ərizələrə baxılıb nəticələrin olduğunu, hansılara baxılmadığının şahidi oluruq. Azərbaycanda qanun pozduğuna görə bir sıra vəzifəli şəxslər məsuliyyətə cəlb olunub. Təbii ki, bu çox yaxşı haldır. Vəzifəli şəxslər öz səlahiyyətlərindən istifadə edərək qanunları pozduqdan sonra cəzalanacaqlarsa, bu, digərlərinə dərs olacaq və get - gedə qanuna əməl etməyənlərin sayı azalacaq. Mən Saakaşvilinin ictimai komissiya fikrini dəstəkləyirəm, istərəm ki, ölkəmizdə də belə bir qurum olsun. Yəni ayda 400 - 500 azn maaş alan adam qiyməti milyon manat olan villada yaşayırsa təbii ki, bu oğurluqdur. On görə hesab edirəm ki, ölkəmizdə ictimai komissiya olmalı və öz nəzarətini həyata keçirməlidir.”x9d
Xəyal Əzizov































































































