Maksimum nəticə göstərən gəncəli abituriyent
 -VİDEO

Maksimum nəticə göstərən gəncəli abituriyent -VİDEO

Hazırda oxunan: Maksimum nəticə göstərən gəncəli abituriyent -VİDEO

87936

Moderator.az-ın verdiyi xəbərə görə, Gəncəbasar və ümumən Qərb bölgəsində II və III ixtisas  qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan yeganə abituriyent Gəncə şəhər 1 saylı orta məktəbin məzunu Elçin Qasımov olub. Qəhrəmanımız II qrup üzrə əldə etdiyi nəticə ilə Qərb bölgəsində ilk belə göstərici ilə tarixə düşüb. Amma özü üçün bu nəticə gözlənilməz olmayıb. Sınaq imtahanlarında yüksək bal toplayan Elçin Qasımov maksimum bal toplayacağına əmin olduğunu deyir. İndi onun üzünə ölkədəki bütün universitetlərin qapıları açıqdır. Bacısı, onunla eyni sinifdə oxuyan və eyni qrupda imtahan verən Gülçin Qasımova da qəbul imtahanında yüksək nəticə əldə edib. O, qardaşından cəmi 15 bal az, yəni 685 bal nəticə göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO