VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

Hazırda oxunan: VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

610996

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müəlliflər üçün Bizim.Media-nın stendində imza günləri təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, imza günləri ödənişsiz əsaslarla keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək


İmza günü təşkil etmək istəyən müəlliflər 22–26 may tarixlərindən bir və ya ən çox iki gün seçərək, tədbirin saatını (maksimum 1 saat olmaqla) əvvəlcədən müəyyənləşdirməlidirlər. 

Qeydiyyatdan keçmək istəyən müəlliflər +994 55 752 40 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeydiyyat üçün zənglər yalnız həftə içi beş gün (bazar ertəsi – cümə) saat 10.00-dan 18.00-dək qəbul edilir.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO