Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “KBF AST”x9d ASC Moskvanın Nikitsk bulvarı, 6/20 ünvanında otel inşası layihəsini ləğv edib.
Virtualaz.org saytı xəbər verir ki, buna səbəb biznesmenin otel tikintisi üçün aldığı torpaq sahəsini borca görə Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətə verməsidir.
“Vedomosti”x9d qəzetinin Moskva hökumətindəki mənbəyə istinadən yaydığı xəbərə görə, T.İsmayılov 27 min kvadratmetrlik otel kompleksinin tikintisi üçün nəzərdə tutulan və 10 ildir mülkiyyətçisi olduğu ərazini ödəyə bilmədiyi borclarına görə “Luazo Corporation”x9d şirkətinə verib.
Mənbə deyib ki, 2009-cu ildə “Çerkizovsk”x9d bazarının bağlanmasından sonra AST şirkətlər qrupu üçün vəziyyət dəyişməyə başlayıb və holdinqin maliyyə göstəriciləri durmadan pisləşib.
“Luazo Corporation”x9d şirkəti “AST Group”x9dun partnyorudur. T.İsmayılovun bu şirkət qarşısında nə qədər borc öhdəliklərinin olduğu göstərilməyib. Moskvadakı torpaq sahəsinin borca görə verilməsi sövdələşməsinə əsasən həmin ərazinin 45 faizi “Luazo Corporation”x9dun mülkiyyətinə keçib, 53,5 faizi Moskva meriyasının mülkiyyətində qalıb, cəmi 1 faizini “KBF AST”x9d özündə saxlayır.

“Fortrast Global”x9d şirkətinin saytında yerləşdirilmiş məlumat da T.İsmayılovun həmin torpaq sahəsini yeni investora verdiyini təsdiqləyir. Bu şirkətin minoritar səhmdarlarından biri və rəhbəri İsazadə Zaur Natiq oğludur. Həmin şəxs eyni zamanda “Luazo Corporation”x9d şirkətinin baş direktorudur.
“Fortrast Global”x9dın saytında göstərilir ki, Moskvanın Nikitsk bulvarında otel kompleksinin inşası layihəsi bu şirkətin investisiya portfelinə daxildir.
T.İsmayılov borclarından birini torpaq sahəsini verməklə bağlasa da başqa borcları hələ qalır. Onun “Bank Moskva”x9d qarşısında 4 milyard rubl məbləğində vaxtı keçmiş kredit borcu öhdəliyi var. T.İsmayılov bu krediti qaytarmaq üçün ona məxsus “Tropikano”x9d biznes-mərkəzini və “İzmaylovsk”x9d ticarət mərkəzini satışa çıxarıb. Əgər satışdan əldə edilən vəsaitlər borcu ödəməyə bəs etməsə, biznesmen ona məxsus məşhur “Praqa”x9d restoranını da satışa çıxaracaq.

“Mardan Palace”x9d oteli
Xatırladaq ki, T.İsmayılovun Türkiyədə də banklara kredit borcları var. Bu borclar üzündən biznesmenin Antalyadakı “Mardan Palace”x9d otelinə həbs qoyulmuşdu və hərraca çıxarılmışdı. Lakin otelin satışına dair hərracın keçirilməsinə bir-iki gün qalmış T.İsmayılov borclu olduğu “Xalq Bank”x9dla kredit borclarının restruktizasiyasına dair razılaşma əldə edə bildi və otel üzərində mülkiyyət hüququnu saxladı.






































































































