Moderator.az-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin könüllü tələbələri “Bakı 2015”x9d ilk Avropa Oyunlarında fəal iştirak ediblər. Könüllülər fəxrlə qeyd edirlər ki, ölkəmiz bu oyunlarda təşkilati məsələlərlə yanaşı idmanda qazandığı nailiyyətləri ilə fərqlənməyi bacardı. Ölkəmizi təmsil edən atletlər 12 idman növündə medallara yiyələndilər. “Bakı 2015”x9d ilk Avropa Oyunlarında Azərbaycan ümumilikdə 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürüncdür.
Tələbələr “Bakı 2015”x9d ilk Avropa Oyunlarında könüllülük fəaliyyətindən məmnun qaldıqlarını, xeyli təcrübə qazandıqlarını, habelə möhtəşəm açılış və bağlanış mərasimlərinin, Azərbaycan idmançılarının çıxışlarının yaddaqalan məqamlar olduğunu bildiriblər.


































































































