Avropa Oyunlarından sonra bu dəyişiklik olacaqmı?  - VİDEO

Avropa Oyunlarından sonra bu dəyişiklik olacaqmı? - VİDEO

Hazırda oxunan: Avropa Oyunlarından sonra bu dəyişiklik olacaqmı? - VİDEO
82894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Avropa Oyunları ərəfəsində tətbiq edilən məhdudiyyətlərdən biri də rayondan gələn avtomobillərin şəhərə buraxılmaması oldu. Bu məqsədlə Bakı-Ələt yolunda və Xırdalan dairəsində pulsuz dayanacaqlar yaradıldı.xa0

Tətbiq edilən qadağa həmin sürücülər üçün çətinliklər yaratsa da bir sıra müsbət təsirlərini də gördük. Paytaxtın bir sıra küçələrində saatlarla müşahidə etdiyimiz tıxaclar demək olar ki, sıfıra enib.
Həmçinin şəhər havasının ekoloji durumu xeyli yaxşılaşıb. Çünki avtomobildən atomosferə atılan tullantılar iqlim dəyişmələri ilə yanaşı insan sağlamlığına da mənfi təsirini göstərir.

Ekoloq İslam Mustafayevin sözlərinə görə, tıxacların olmayacağı təqdirdə maşınlardan çıxan tullantıların miqdarı da az olacaq: "Ekoloji baxımdan bu, çox böyük əhəmiyyət kəsb edir. 70 faiz tullantı avtomobillərdən atmosferə qarışır. Avtomobilin sayı az olsa, çirklənmə də az olacaq, şəhərin insanları sağlam həyat tərzi sürəcək”x9d.

Əslində bu praktika dünyanın bir çox ölkələrində tətbiq edilir. Məsələn, Londonda şəhərin mərkəzində hərəkət üçün avtmobillərin xüsusi lisenziyası olmalıdır. Lisenziyası olmayan maşınlar axşam saat 8-dən səhər saat 6-ya qədər şəhərə daxil ola bilər.xa0
Gündüz sərbəst hərəkət etmək istəyənlər isə lisenziyanı almaq üçün nə az, nə çox - 5 min funt-sterlinqindən keçməlidir. Buna isə hər bir şəxsin imkanı çatmadığından öz avtomobillərini çox ucuz qiymətə dayanacaqlarda park edib metrodan istifadə edirlər.xa0

Ekspert Ərşad Hüseynovun fikrincə, maşınların şəhərə buraxılmaması bizdə də tətbiq edilə bilər. Amma inzibatçılıq deyil, könüllülük prinsipi əsasında: “Şəhərdaxili nəqliyyat elə bir səviyyədə olmalıdır ki, istənilən fərdi nəqliyyat sahibi könüllü olaraq öz avtomobili ilə şəhərdə gəzməkdən imtina etsin və ictimai nəqliyyata üstünlük versin. İctimai nəqliyyata keçdikdə o bilsin ki, parklanma ilə bağlı problem olmayacaq. Tutaq ki, nəqliyyatda gediş haqqı ucuzdur, istənilən yerə gedə bilir, xidmət yüksək səviyyədədir və s. İkincisi də fərdi avtomobilini şəhərin girəcəyində saxlamağa yer olmalıdır. Belə ki, fərdi avtomobil sahibi avtomobilinin günəşin, toz-torpağın içinə atıb getməməlidir”x9d.
Ekspertin fikrincə, bunun üçün ilk növbədə şəhərin girişində daha səliqəli və avtomobillər üçün təhlükəsiz dayanacaqlar yaradılmalıdır. Bu dayanacaqlarda isə maşınlar üçün parkinq haqqı çox ucuz olmalıdır. Hər halda bütün bunar təkliflərdir. Bu təkliflərin nə dərəcədə real ola biləcəyini zaman göstərəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO