“Sabiq səfir Arif Məmmədovun açıqlamaları, sosial şəbəkədəki statusları təsadüfi və onun ürək sözləri deyil”x9d.
Moderator.az bildirirki, bu fikirləri azvision.az-a deputat Çingiz Qənizadə deyib. Millət vəkili hesab edir ki, A.Məmmədov əvvəlcədən Azərbaycana qarşı hazırlanmış, razılaşdırılmış bir fiqurdur.
“Qərb, Avropa Azərbaycana münasibətdə o qədər də səmimi deyil və Azərbaycan əleyhinə iş görə biləcək insanlarla əməkdaşlıq etməyə hər zaman hazırdır. Baş verən hadisə çoxdan razılaşdırılmış, alınmış, satılmış bir əməliyyatın tərkib hissəsidir. Hesab edirəm ki, Arif Məmmədovla bağlı məsələ onun üçün xoş olmayan, Azərbaycanı sevməyən insanların maraqlarına xidmət edən razılaşmanın sonluğudur. Amma, belə adamların çağırışları Azərbaycanın müsbət imicinə ziyan vura bilməz. Reallıq isə budur ki, ondan istifadə etməyə çalışırlar. Arif Məmmədovun dərhal başqa ölkələrin səfirləri ilə əməkdaşlıq etməsi, mühafizəsinin təşkil olunması, açıqlamalar verməsi, hətta prezident olmaq iddiası ilə çıxış etməsi göstərir ki, əvvəldən Qərbə satılmış şəxsdir və fəaliyyətinin açıq hissəsinə başlayıb”x9d-deyə Ç.Qənizadə qeyd edib.
Deputat A.Məmmədovun Azərbaycanda böhranın olması ilə bağlı fikirlərinin cəfəngiyyat olduğunu hesab edir: “Guya Arif Məmmədov ölkəmizi böhran vəziyyətindən çıxarmaq üçün qarşıdakı 10 ili əhatə edən proqram üzərində işləyir. Bu, “Azərbaycan Vision-2025" proqramıdır. Bu adam hansı böhrandan danışır ki, Azərbaycan Cənubi Qafqazda ən uğurlu iqtisadiyyata malik olan və inkişa edən dövlətdir. Uğurlarımız göz qabağındadır. Son illərdə əmək haqqıların artımı, regionlarımızın inkişafı göstərir ki, Azərbaycan böhran yox, uğurlu addımlarla irəliləyir. Ona görə də Azərbaycanda heç bir böhrandan söhbət belə gedə bilməz”x9d.
Ç. Qənizadənin sözlərinə görə, Arif Məmmədov Qərbin əlində vasitəyə çevrilib: “Yalan kartlar üzərində oyun oynamaq və siyasətlə məşğul olmaq heç kəsə uğur gətirməyib. Ona görə də bu əməllər Arif Məmmədova da uğur gətirə bilməz”x9d.


































































































