
- A-
- A
- A+
Cəmiyyət
13:41 / 15.06.2015
2 dəq oxunma
"Atasının da əyləşdiyi zalda qızın ərə getmək üçün buket tutmağa çalışması..."- FOTO
Hazırda oxunan: "Atasının da əyləşdiyi zalda qızın ərə getmək üçün buket tutmağa çalışması..."- FOTO
81660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ailə məsələləri üzrə ekspert Hacı Quliyev Azərbaycan toy mədəniyyətiylə bağlı maraqlı açıqlamalarıyla diqqət çəkib.
Bu barədə mətbuata ekspertin mətbuat katibi Fuad Mədətov məlumat verib. O, bildirib ki, H.Quliyev “DTV”x9d telekanalında yayımlanan “Tam səmimi”x9d verilişində qonaq olarkən aparıcın suallarını cavablandırıb və fikrini milli mətbəximizə yönləndirib:
“Gərək şadlıq sarayları bizi düşünsünlər. Çünki maşallah, xalqımız çox uşaqlı olurlar və həmin ailə başçısını hər gün toya dəvət edirlər. Həftənin hər günü toyda oluruq. Axı hər gün eyni xörəyi dadmaq mümkün deyil. Mətbəximizdə geniş, bol rüzi-bərəkətli təamlarımız var. Amma bunlardan yalnız bir qismini hazırlayırlar. Şamaxıda Aşıq Mahmud Ağa məclisləri olub ki, burada bir gecədə 200 növ plov xarici qonaqlara, turistlərə təqdim edilirdi. Bol rüzi-bərəkətli təamları olan xalqın şadlıq saraylarında da müxtəlif cür yeməkləri təqdim olunmalıdır.”x9d
Ekspert onu da qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar Azərbaycan mədəniyyətini daha yaxşı təbliğ edirlər. O, bu gün Azərbaycanda gedən inkişafı, Avropa mədəniyyətinin toylarımıza siraət etməsi barəsində də danışıb:
“Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın klassik toy mədəniyyətini təbliğ etməyə çalışırlar. ABŞ-da toyların birində qonaq idim və toyda maraqlı məqamla rastlaşdım. Belə ki, bizim toylarda gəlin əlindəki gül buketini arxaya atır və arxasında duran subay qızlar buketi tutmağa çalışırlar. ABŞ-dakı toyda isə gəlin onun üçün ayrılmış yerdə durur və bir neçə dəfə buketini arxaya atır, amma heç kim buketi tutmurdu. Toyun sonuna qədər buket yerdə qaldı. Ev yiyəsinə yaxınlaşıb şahidi olduğum bu hadisəni danışdım və niyə belə olduğunu soruşdum. Cavabında dedi ki, zalda yaşca böyüklər oturmuşdu və heç bir qız özünə sığışdırmırdı ki, gəlindən sonra ərə getsin. ABŞ-dakı belə bir hadisəyə çox təəccübləndim! Bizim toylarda bu kimi ədət almış hadisələrin olması yaxşı hal hesab etmirəm. Atasının da əyləşdiyi zalda qız ərə getmək üçün buket tutmağa çalışması həqiqətən düzgün deyil. Bilirik ki, Azərbaycan qızının hər zaman abırı, isməti ilə qürur duyulub. Çox istərdim ki, bu abır-ismət hər zaman qorunub saxlanılsın.”x9d
Məlumat üçün bildirək ki, verilişdə müğənni Nadir Bayramlı da iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































