Yevlaxda ev yanıb – Zəhərlənən var  

Yevlaxda ev yanıb – Zəhərlənən var  

Hazırda oxunan: Yevlaxda ev yanıb – Zəhərlənən var  

80738

Yevlax rayonunda da ev yanıb. 

Bizim.Media-nın məlumatına görə, hadisə gecə saatlarında Tanrıqulular kəndində kənd sakini Əlicanov Yaşar Məstan oğluna məxsus bir mərtəbəli fərdi yaşayış evində baş verib. 

Hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürmə briqadası alovu söndürərək ətrafa yayılmasına imkan verməyib. 

Ailənin gəlini Günel Əlicanova tüstüdən zəhərlənib. O, xəstəxanaya çatdırılıb. Görülən zəruri ilkin tibbi yardım sayəsində onun vəziyyəti stabilləşib. Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO