Moderator.az-ın verdiyi xəbərə görə, bir qrup Qarabağ döyüşçüsü (Füzuli Rzaquliyev, Etimad Əsədov, Rey Kərimoğlu və digərləri) döyüş yoldaşlarına müraciət ediblər ki, ermənilər Birinci Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlirlər, onlarla işiniz olmasın, etiraz-filan etməyin, çünki onların gəlişi Qarabağ məsələsinin həllinə çox müsbət təsir edəcək.
Çox təəssüf edirəm ki, döyüşçülər də bu cür öz sifətlərini itirirlər, nəisə əldə eləmək üçün bu cür riyakarlığa gedirlər. Qarabağda bu cür adamlara “girəvə zəlilləri”x9d deyirdilər.
Bu gözlənilməz hadisə, cəmiyyətə arxadan zərbə mənə ötən əsrin 80-ci illərinin sonu -90-cı illərinin əvvəlini xatırlatdı. Xatırlayırsınız, hakimiyyət xalqı muştulıqlayırdı ki, “ermənilər Bakıya qayıdır, nə qədər çox erməni gəlsə, Qarabağ məsələsi o qədər tez həll olunar”x9d. Əhalidən “quş tüfəngləri”x9dni də yığır, ermənilərin qarşısında yalın əllə qoyurdular. Deyirdilər ki, Moskva belə məsləhət bilib. İndi də deyirlər ki, Avropa, Amerika belə məsləhət bilir. O vaxt Qarabağda mövqelərimizi ititdik, indi də Bakıda mövqelərimzi itirməyə başlamışıq. O vaxt Qarabağı itirəcəyimizə inanmırdılar, indi Bakını itirəcəyimizə inanmırlar. İnanın! Bu gün idmançılar, sabah şagirdlər, o birisi gün hərbi nazir, bir gün isə terrorçu Sərkisyan Bakıya təşruf buyuracq. Bu gedişlə buna əmin ola bilərsiniz.
Bir hadisə də yadıma düşdü. O vaxt Politexnik İnstitutunda işləyirdim. Bir müəllim yoldaşımız çox çalışırdı ki, vəzifəyə getsin. 1988-ci ilin dekabrında gəldi ki, bəs məsələ həll olundu, Mərkəzi Komitədən demişdilər ki, Spitak zəlzələsində ölənlərlə bağlı Ermənistana pul keçir, getdim keçirdim (kvitansiyanı bizə göstərdi), yaxın günlərdə filan rayona “birinci katib”x9d gedirəm. Hamı təəccüblə ona baxdı ki, bu qədər adamımızı qırıblar, qovublar, bu nə hərəkətdi? İndi də həmin vəziyyətdi, balaca bir vəzifə, ya da başqa bir şey almaq üçün insanlarımız bu cür eybəcərliklərə gedirlər. Bu adamlar özlərini elə göstərirlər ki, guya hakimiyyətə xidmət edirlər, əslində hakimiyyətə deyil, özlərinə, öz nəfslərinə qulluq edirlər.
Mən bununla kimisə ittiham etmək fikrində deyiləm. Sadəcə, istəyirəm insanlar gedən proselərin mahiyyətini başa düşsünlər. Ermənilər hesab edirlər ki, müharibənin 1-ci mərhələsini udublar, Qarabağın xeyli hissəsini ələ keçiriblər. İndi də ikinci mərəhələdə həmin “qələbəni”x9d möhkəmləndirmək istəyirlər. Bunun üçün isə “xalq diplomatiyası”x9d deyilən oyunlardan, o cümlədən Bakıya səfərlərdən istifadə edirlər. Qoy hər kəs bilsin, ermənilərlə “xalq diplomatiyası”x9d oyunları, hər hansı erməninin Bakıya istənilən səfəri Qarabağı bizdən bir az da uzaqlaşdırır.
Mən Qarabağ döyüşçülərinin bu müraciətini yersiz və zərərli hesab edirəm. Və erməni idmançılarının bu səfərinə hamını fəal etiraz etməyə, ən müxtəlif aksiyalar keçirməyə çağırıram. Hamının sözü bir olmalıdır: “Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol!”x9d

































































































