Moderator.az xəbər verir ki, “Əlillər Dünyası”x9d qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai Birliyi 7 may tarixində ənənəvi olaraq Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyini qeyd edib. Səhər saatlarında “Əlillər Dünyası”x9d qəzetinin əməkdaşları və “Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai Birliyinin 100-dən artıq üzvləri Ulu öndərin məzarını ziyarət edib, İctimai Birliyin Bakı kəndlərindən olan üzvlərinin gətirdiyi gülləri məzara düzüblər. Sonra isə iməcilik keçirildi.
Qeyd etmək istəyirik ki, fiziki qüsurlu tədbir
iştirakçılarının daşınması üçün lazım olan avtobus Nəqliyyat Nazirliyinə
etdiyimiz müraciətə əsasən Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən
ayrılmışdır.
AZTV-nin xüsusi dəvəti ilə İctimai Birliyin bir qrup
üzvü, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi
əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin
iştirakı ilə keçirilən “Muğam televiziya müsabiqəsi-2015”x9d-in Final yarışmasını
izləmək üçün dəvət olundular.
“Əlillər
Dünyası”x9d qəzetinin Baş redaktoru və “Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai
Birliyinin sədri Tahir Xudiyevin şəxsi təşəbbüsü ilə təşkil edilmiş bu tədbirlərdə
də digər tədbirlərimiz kimi yüksək sviyyədə keçirildi. Sonda Tahir Xudiyev
çıxış edərək bu tədbirin yüksək səviyyədə keçirilməsində dəstəyi olan bütün
dövlət təşkilatlarına xüsusi təşəkkürünü bildirdi.
Ulu öndərin ziyarətinə gəlmiş dünyaşöhrətli Müslüm
Maqomayevin həyat yoldaşı Tamara xanım Sinyavskaya da “Beynəlxalq Əlillər Cəmiyyəti”x9d
İctimai Birliyinin tədbirinə qatıldı.

































































































