Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı, Gəncə Dövlət Universitetinin Tələbə Həmkarlar Təşkilatı “Yeni və ən yeni Dövlətçilik tariximizi tanıdaq”x9d adlı universitet tələbələrinin bilik müsabiqəsi layihəsinin icrasına başlayır.
Ümumilikdə 10 mart-27 may 2015-ci il tarixlərini əhatə edən layihənin əsas məqsədi Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin Dövlətçilik tarixi haqqında biliklərini dərinləşdirmək və Dövlətçilik tariximizi təbliğ etməkdən ibarətdir. 5 mərhələdən ibarət olan layihənin ilkin mərhələsində seçim turu, ikinci mərhələsində Dövlətçilik tarixinə dair verilmiş mövzu üzrə məqalələr yazılacaq, üçüncü mərhələdə seçilmiş ən yaxşı məqalələrin müəllifləri öz məqalələrinin nümayişini keçirəcəklər, dördüncü mərələdə isə final turu keçiriləcək seçilmiş üç tələbəyə hər birinə Dövlətçilik tarixindən 10 sual veriləcək. Hər bir doğru cavab bir balla qiymətləndiriləcək. Ən yüksək bal toplamış namizəd “Yeni və ən yeni Dövlətçilik tariximizin ən yaxşı bilən tələbəsi”x9d elan ediləcək və “Dövlətçilik tariximiz”x9d adlı kubokun üzərin ilk adını yazdıran tələbə olacaq, eyni zamanda diplom və dəyərli mükafatla mükafatlandırılacaqdır. Təltif etmə mərasimi 27 may 2015-ci il tarixində Universitetimizdə “Respublika gününə”x9d həsr edilmiş təntənəli konsertdə baş tutacaq.
Qulu Abdullazadə
Gəncə Dövlət Universiteti
Tələbə Gənclər Təşkilatı - Sədr müavini





































































































