Əliməmməd Nuriyev artıq evə buraxılıbxa0
Bu gün Bakının Səbail rayonu ərazisində - "Azadlıq" meydanında ağır yol qəzasına düşən keçmiş deputat Əliməmməd Nuriyev artıq evə buraxılıb. Lent.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri deyib ki, həkimlər ona 1 həftə ərzində istirahət etməyi məsləhət görüblər: "Həkimlər yoxladılar, tomoqrafiya olundum, ciddi bir şey çıxmadı. Amma başağrılarım var. Gərək 1 həftə istirahət edim".
xa0
Ə.Nuriyev qəza anını xatırlaya bilmədiyini əlavə edib və bildirib ki, onun idarə etdiyi maşını vuran digər avtomobil sürətlə hərəkət edirmiş: "Onu xtırlayıram ki, mənim idarə etdiyim maşını arxadan yan tərəfdən vurdular. Həmin maşın sürətlə hərəkət edirdi. Sonrasını isə xatırlaya bilmirəm".


























































































